AZ

Mirzoyan: Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşmasına hazırdır

"Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşmasına hazırdır".

APA xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan estoniyalı həmkarı Maqnus Tsakhna ilə Tallində birgə keçirdiyi mətbuat konfransında deyib.

Ermənistan XİN rəhbəri bildirib ki, o, estoniyalı həmkarını regiondakı vəziyyət və qonşu ölkələrlə münasibətlərin nomallşması prosesi barədə məlumatlandırıb.

"Ermənistan Türkiyə ilə münasibətlərin tam normallşmasına - diplomatik münasibətlərin yaradılmasına, sərhədlərin açılmasına hazırdır. Türkiyəli həmkarlarımızla daha əvvəlki görüşlərdə biz konkret razılaşma əldə etdik ki, normallşma istiqamətində hansı addımlar atıla bilər, mən xüsusilə də üçüncü ölkənin vətəndaşları və diplomatik pasportları olan Türkiyə və Ermənsitan vətəndaşları üçün sərhədlərin açılması barədə qeyd edərdim. Biz bu razılşmaya öz sadiqliyimizi bir daha bəyan edirik. Mən inanıram ki, artıq bu razılaşmanı reallaşdırmağın tam vaxtıdır", - nazir Ararat Mirzoyan vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
6
apa.az

7Mənbələr