AZ

SOCAR dekarbonizasiya sahəsində öz məqsədlərinə nail olmaq üçün novatorlarla fəal əməkdaşlıq etməyə hazırdır - Rövşən Nəcəf

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR)dekarbonizasiya sahəsində öz məqsədlərinə nail olmaq və süniintellektin tətbiqi üçün novatorlarla fəal əməkdaşlıq etməyəhazırdır.

Trend xəbərverir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf "BakuInvestment Day (BakuID24)" tədbirində deyib.

O, innovasiyaların vacibliyini və müəssisələrin inkişafındakırolunu qeyd edib.

"SOCAR təkcə neft-qaz şirkəti deyil, həm də bərpa olunan enerjimənbələrini özündə birləşdirən enerji şirkəti olmaq üçün fəalşəkildə çalışır. Şirkət Azərbaycanın və tərəfdaşlarının enerjitəhlükəsizliyini təmin etmək üçün neft və qaz hasilatını davametdirir, lakin bunu dayanıqlı inkişafı nəzərə alaraq edir", - odeyib.

Onun sözlərinə görə, SOCAR dayanıqlılığa nail olmaq üçündekarbonizasiya və CO2 emissiyalarının azaldılmasını investisiya vəsatınalma qərarlarından başlayaraq, bütün proseslərinə tətbiqedir.

"Şirkət 2050-ci ilədək karbon emissiyalarının sıfır səviyyəsinənail olmaq və 2035-ci ilədək metan tullantılarını minimallaşdırmaqhədəflərini açıqlayıb. Bu iddialı planların həyata keçirilməsistartaplar və tədqiqatçılara təqdim oluna biləcək yeni texnologiyavə innovasiyaları tətbiq etmədən mümkün deyil", - deyə o əlavəedib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
az.trend.az

1Mənbələr