AZ

BMT narkomaniya və narkobizneslə mübarizəyə dair yeni hesabatını dərc etdi

Bakı. Trend:

BMT 26 İyun - Narkomaniya və Narkobiznesə qarşı BeynəlxalqMübarizə Günündə yeni hesabatını dərc edib.

Trend təşkilatın saytına istinadla xəbər verir ki, hesabatdadünyada müharibələr, iqlim fəlakətləri, sosial gərginliyin vəqanunsuz miqrasiyanın miqyasının artması və məcburi köçkünlərinsayının 100 milyon nəfərə çatması fonunda narkobiznesingenişlənməsi faktı diqqətə çatdırılır.

Qeyd olunur ki, qanunsuz narkotik bazarları daha çox fəlakətlərəsəbəb olur, sosial şəbəkələrdə kokainin tədarükü və narkotikvasitələrin satışının həcmi artır. Bununla yanaşı, sintetiknarkotiklərdən istifadə halları da çoxalıb, dünyanın istənilənyerində ucuz və asanlıqla istehsal oluna bilər fentanil kimiölümcül maddələr daha geniş yayılır.

Hazırda narkotik maddə istifadəsi pozğunluğu olan insanlarınyalnız 20 faizə yaxını müalicə alır və bir çoxları üçün səhiyyəxidməti tamamilə əlçatmazdır. Narkotik asılılığı olanların təxminənyarısı qadınlardır.

Hesabatda regionlar və ölkələrin təqdim etdikləri statistikməlumatlar yer alıb, hökumətlərin narkobizneslə mübarizə sahəsindəgördükləri tədbirlər qeyd edilib.

Xatırladaq ki, narkomaniya ilə bağlı problemləri daimictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT iyunun26-sını Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüelan edib. Narkomanlığa və narkotik vasitələrin qanunsuzdövriyyəsinə qarşı aparılan mübarizə sahəsində hüquqi məsələləritənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanındəyişən şəraitə və tələblərə uyğun olaraq təkmilləşdirilməsiAzərbaycan dövlətinin də əsas fəaliyyət istiqamətlərindənbiridir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
az.trend.az

1Mənbələr