AZ

Netanyahu: ABŞ ilə mübahisələr həll olunmayıb

İsrailin baş naziri Benyamin Netanyahu “ABŞ ilə silah tədarükü ilə bağlı mübahisələrin həftələrdir bağlı otaqlarda həll olunmadığını” deyib.

Haaretz qəzetində yer alan xəbərə görə, Netanyahu Vaşinqtonda danışıqlarda olan İsrailin müdafiə naziri Yoav Gallantın ABŞ ilə fikir ayrılıqları ilə bağlı açıqlamasına reaksiya verib.

İsrail Müdafiə Nazirliyindən verilən açıqlamada Qallantın ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan ilə görüşünün əvvəlində verdiyi açıqlamalara yer verilib.

Gallantın “Amerika xalqını öz ailəsi kimi gördüklərini, fikir ayrılıqları yarana bilər, ancaq hər ailədə olduğu kimi evdə də müzakirə etdiklərini” iddia etdiyi bildirilib. Açıqlamaya görə, Gallant həmçinin "ABŞ ilə mübahisələri qapalı otaqlarda həll etdiklərini" iddia edib.

İyunun 18-də Netanyahu ABŞ-ı ölkəsinə silah göndərməkdən imtina etməkdə günahlandırdığı bir video paylaşdı və ertəsi gün hökumətin iclasında ABŞ-ın silah yardımında "çarpıcı azalma" olduğunu müdafiə edib.

Netanyahu həmçinin ABŞ rəsmiləri ilə görüşlərində daşınmanın sürətləndirilməsini dəfələrlə tələb etdiklərini, lakin "əsas vəziyyətin dəyişmədiyini" iddia edib.

ABŞ Dövlət Departamenti isə Netanyahunun "ABŞ-ın silah yardımında dramatik azalma olduğu" ifadəsini rədd edərək, "bunun nə demək olduğunu başa düşmədiklərini" bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
kommersant.az

1Mənbələr