AZ

Varan A Seriya klubunun hədəfinə çevrilib

Ötən mövsümün sonunda A Seriyasına yüksələn İtaliyanın "Komo" klubu Rafael Varanı heyətinə qatmaq niyyətindədir.

Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb. 

Komandanın baş məşqçisi Sesk Fabreqas təcrübəli mərkəz müdafiəçisini dəvət etməkdə şəxsən maraqlıdır.

Rafael Varan 2021-ci ildən "Mançester Yunayted"də çıxış edir. Son mövsümdə o, 32 oyun keçirib, 1 qol vurub.

Fransız futbolçunun "qırmızı şeytanlar"la müqaviləsi iyunun 30-da başa çatır. Mərkəz müdafiəçisi “Mançester Yunayted”dən ayrıldıqdan sonra azad agent olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
apasport.az

1Mənbələr