AZ

Böyük Britaniyada interna-həkimlərin beş günlük tətili başlayıb

Böyük

Bakı, 27 iyun, AZƏRTAC

Böyük Britaniyada seçkilərə bir həftə qalmış interna-həkimlər maaşlarının artırılması tələbi ilə beş günlük tətilə başlayıb.

AZƏRTAC xəbər verir ki, tətil Britaniya Tibb Assosiasiyasının həmkarlar ittifaqı tərəfindən təşkil olunub. İyunun 27-dən iyulun 2-dək davam edəcək tətildə ümumilikdə 25 min nəfərin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Böyük Britaniyanın səhiyyə sistemi bir neçə aydır ki, tibb işçilərinin ciddi çatışmazlığı ilə üzləşib. İş yükünün çoxluğu və qiymət artımı səbəbindən işçilərin çoxu bu sahəni tərk edir. Tətillər isə vəziyyəti ilə daha da ağırlaşdırır.

Britaniya Milli Səhiyyə Xidmətinin məlumatına görə, 2023-cü ilin avqustunda İngiltərədə tibbi yardım gözləyənlərin sayı 7,75 milyon nəfərə çatıb ki, bu da 2007-ci ildən bəri ən yüksək göstəricidir.

Seçilən
136
azertag.az

1Mənbələr