AZ

Ermənistan referendum keçirməyə çalışır - AB üçün

Ermənistanın Avropa Birliyinin bir hissəsi olmaq arzusu var.

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Latviyanın “Rus.LSM” nəşrinə müsahibəsində deyib.

“Uzunmüddətli sülh üçün dəstəyə ehtiyac duyuruq. Bizim qonşularımıza qarşı heç bir ərazi iddiamız yoxdur. Bizə ancaq Azərbaycan hökumətinin sülh yaratmaq istəyi lazımdır. Bu işdə Latviya və digər Avropa tərəfdaşlarının köməyinə ehtiyacımız var. Biz Latviya və AB üzvlərinin dəyərlərini paylaşırıq, ona görə də bu ailənin tamhüquqlu üzvü olmaq istəyirik”, - Simonyan bildirib.

Onun sözlərinə görə, bu günlərdə Ermənistan parlamentində ölkənin AB-yə daxil olması ilə bağlı referendumun keçirilməsi məsələsi müzakirə olunub:

“Bir neçə gün əvvəl parlamentdə Ermənistanın AB-yə üzv olması üçün referendum keçirilməsi ilə bağlı müzakirələr gedirdi. Düşünürəm ki, yaxın gələcəkdə bu referendumumuz olacaq və əminəm ki, xalqımız “hə” deyəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
1
axar.az

2Mənbələr