AZ

Bakı ilə İrəvan arasındakı sülh Mərkəzi Asiyadan məhsul axını üçün alternativ yol açacaqAMERİKALI DİPLOMAT

Mərkəzi Asiyadan məhsullar hazırda yalnız Rusiya və Çin vasitəsilə nəql edilə bilər və bu regiondan malların alternativ yollardan, o cümlədən Azərbaycandan keçməklə tədarükü üçün Bakı ilə İrəvan arasında sülh vacibdir.

Xezerxeber.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bu gün Bakıya səfəri zamanı nələri müzakirə edəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

O qeyd edib ki, iki ölkə arasında sülh təkcə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməklə özünü qlobal lider kimi göstərən Azərbaycan üçün deyil, həm də bütün region, o cümlədən Mərkəzi Asiya üçün vacibdir.

Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri məhsullarını dünya bazarlarına çıxarmaq üçün Azərbaycanla əməkdaşlıq etməlidir:

“Belə marşrutlardan biri Gürcüstan vasitəsilə Qara dənizə qədər uzanır. Digəri - potensial olaraq daha böyük marşrut Azərbaycan, Ermənistan və Türkiyədən keçə bilər. Bütün bunlara görə bizə Azərbaycan və Ermənistan arasında 1990-cı illərdən bəri davam edən müharibəyə və dəhşətli münaqişəyə son qoyacaq sülh sazişi lazımdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
6
xezerxeber.az

7Mənbələr