AZ

“Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” mövzusunda forum beynəlxalq təcrübənin öyrənilməsi baxımından əhəmiyyətlidir

Bakı, 27 iyun, AZƏRTAC

Bu gün işə başlayan “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” mövzusunda Beynəlxalq Forumda 300-ə yaxın nümayəndə iştirak edir. Burada yaşıl iqtisadiyyata keçid, tullantıların düz xətt zənciri ilə yox, qapalı zəncirlə idarə edilməsinin əhəmiyyəti mövzusunda müzakirələr aparılır. Forum beynəlxalq təcrübənin öyrənilməsi baxımından da çox vacibdir.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov deyib.

Forumun mühüm platforma rolu oynayacağına əminliyini bildirən F.Mütəllimov qeyd edib ki, Azərbaycan milli prioritetlərində yaşıl inkişaf istiqamətini əsas hədəflərdən biri kimi götürüb. Bu, yaşıl iqtisadiyyata keçidin baş verməsi deməkdir. Beynəlxalq prosesdə həmin təcrübə davam etməkdədir. Forumda iki gün ərzində bu məsələ ətrafında geniş müzakirələr aparılacaq. Tədbirin sonunda - iyunun 28-də “Sıfır tullantı” Bakı təşəbbüsünün qəbul olunması nəzərdə tutulub.

“İnanırıq ki, iki gün məhsuldar müzakirələrlə yadda qalacaq. Nəticədə həm bizim üçün vacib olan məlumatları öyrənəcək, həm də beynəlxalq aləmdə Azərbaycanın müsbət təcrübələrinin şahid olacağıq”, - deyə F.Mütəllimov bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
azertag.az

1Mənbələr