AZ

Siyasi deepfake-lər süni zəka sui-istifadəsinin ən məşhur istiqamətinə çevrilib

     Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyası tərəfindən aparılmış araşdırma sayəsində məlum olub ki, süni zəka ən çox kiberhücumların təşkilində deyil, deepfake-lərin yaradılmasında sui-istifadə edilir. Məlumata əsasən süni zəkanın sui-istifadə hallarının ən geniş yayılmış məqsədləri ictimai fikirin formalaşdırılması və mövcud ictimai fikirə təsir göstərməkdir. Belə ki, süni zəkanın sui-istifadəsi hallarının 27%-i məhz bu məqsədləri əhatə edir. Bu statistik göstəricilər 2024-ci il ərzində dünyanın bir çox ölkələrində baş tutacaq prezident seçkilərinə deepfake-lərin təsirləri mövzusunda mütəxəssislərdə narahatlıq yaradırlar.     Məlumata əsasən son aylar ərzində X (keçmiş Twitter), TikTok və Instagram kimi sosial şəbəkələrdə Böyük Britaniyanın baş naziri Rishi Sunak və digər dünya liderləri ilə bağlı deepfake-lər ortaya çıxıblar. Böyük Britaniyada seçkilər artıq gələn həftə baş tutacaq və belə bir narahatlıq var ki, sosial platformaların deepfake-lərin xüsusi olaraq işarələnmələri və silinmələri istiqamətində səylərinə baxmayaraq istifadəçilər onları fake kontent kimi təyin etməkdə çətinlik çəkəcəklər. Bu isə öz növbəsində seçicilərin yekun qərarlarına təsir göstərəcək.     Alan Türinq İnstitutunun elmi əməkdaşı Ardi Janjeva qeyd edib ki, süni zəka tərəfindən tərtib edilmiş kontentin yayılması bizim sosial-siyasi reallıq barəsində anlayışımızı təhrif edə bilər. Bu isə öz növbəsində demokratik proseslər üçün uzunmüddətli risklər deməkdir. ChatGPT və Gemini kimi generativ süni zəka sistemlərinin məşhurlaşması ilə süni zəka sahəsində fəaliyyət göstərən şirkətlər öz sistemləri tərəfindən tərtib edilən potensial zərərli və qeyri-etik kontentləri daha ciddi şəkildə analiz edirlər. Məsələn may ayında OpenAI şirkətinin təqdim etmiş olduğu hesabatda qeyd edilmişdi ki, onun süni zəka sistemləri Rusiya, Çin, İran və İsrail ilə bağlı dezinformasiyaların yaradılması və yayılmasında istifadə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
technote.az

1Mənbələr