AZ

Azərbaycanda sərmayə mühiti əhəmiyyətli dərəcədə yaxşılaşıb- ÖZƏL

Əə"Bərpaolunan enerjidən istifadə zamanı olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun". "Olaylar" xəbər verir ki, bunu YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib: "Ötürülmə xətləri ilə bağlı qonşularla fəal iş aparılmalıdır. Azərbaycanın özünə o qədər də böyük ölçüdə bərpaolunan enerji lazım deyil və bu səbəbə görə ixracın şaxələndirilməsi istiqamətində fəaliyyətimiz daha da genişləndirilməlidir. Azərbaycanda sərmayə mühiti son illərdə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Hökumət, xarici investorlar üçün əlverişli şərait yaratmaq məqsədi ilə bir sıra islahatlar həyata keçirib. Bu islahatlar, vergi güzəştləri, hüquqi müdafiə və investorların hüquqlarının qorunmasını əhatə edir. Bunun nəticəsində ölkəyə daha çox xarici sərmayə cəlb olunub. Xüsusi ilə qeyd etmək lazımdır ki, Azərbaycan son illərdə enerji sektorunda əhəmiyyətli dəyişikliklər həyata keçirir. Ölkə başçısı hər zaman olduğu kimi, son müsahibəsində də bildirib ki, ölkə ənənəvi neft və qaz sektorunda əldə etdiyi gəlirləri bərpaolunan enerji mənbələrinə yönəldir. Bu addımlar, Azərbaycanın COP29-a ev sahibliyi edəcək bir ölkə olaraq yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən biri olma öhdəliyini yerinə yetirməsinə kömək edir. COP29-a ev sahibliyi edəcək bir ölkə olaraq, Azərbaycan yaşıl enerjiyə keçid prosesində ön planda olmağı hədəfləyir". 

Alim Hüseynli 
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
olaylar.az

1Mənbələr