Ötən gün "Amazon" səhmləri "Wall Street"də 53,9 faiz artaraq 193,61 dollara çatıb.
Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bununla bağlı şirkət açıqlama yayıb.
Açıqlamaya görə, şirkətin bazar dəyəri ilk dəfə 2 trilyon dolları keçərək 2 trilyon 14,8 milyard dollara çatıb.
""Amazon"un səhmləri bu il indiyədək 27,5% artıb. "Amazon"a 2 trilyon dollarlıq mərhələni keçmək üçün 4 ildən çox vaxt lazım oldu. Şirkətin bazar dəyəri 2020-ci ildə 1 trilyon dollar idi".
Gülşən Şərif