AZ

Məhsul qıtlığı, bahalıq: Yağış, külək kənd təsərrüfatına ciddi ziyan vurdu

Son zamanlar havaların qeyri-sabit keçməsi, güclü küləyin əsməsi, yağışın yağması, bəzi bölgələrdə sel keçməsi bie sıra fəsadlara səbəb olub. Bu amillər kənd təsərrüfatına da ziyansız ötüşməyib.

Bəs görəsən havaların belə keçməsi bazarlara necə təsir göstərir? Meyvə-tərəvəzin qiymətindəki kəskin artımı bununla əlaqələndirmək olarmı?

Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bildirib ki, baş verən bu təbiət hadisələri bazara da ciddi təsir göstərir və biz bazarda meyvə-tərəvəzin qiymətində artım görürük:

“Yağışların intensiv yağması, havanın qeyri-sabit keçməsi həm yığımı ləngidir, həm də güclü küləyin əsməsi meyvələri tökür. Bunun nəticəsində də daha az məhsul bazara çıxır”.

Onun sözlərinə görə, təklif az olduğu üçün meyvə-tərəvəz satışı ilə məşğul olanlar bundan istifadə edərək məhsulu yüksək qiymətə təklif edirlər.

Vahid Məhərrəmli, kənd təsərrüfatı üzrə ekspert

Dünən 1 manat 60 qəpiyə olan pomidorun indi 2 manatdan yüksək satıldığını, gilasın, əriyin, çiyələyin qiymətində ciddi artım olduğunu deyən ekspert, qiymətlərin keçən illə müqayisədə yüksək olduğunu və son zamanlar daha da artdığını vurğulayıb:

“Bunu da onunla əsaslandırırlar ki, yağışların yağması nəticəsində məhsul qıtlığı yaşanır və ona görə də qiymət yüksəkdir”.

V.Məhərrəmli qeyd edib ki, indi mövsümü meyvələrin qiyməti aşağı olmalı olsa da, əksinə keçən illə müqayisədə 25-30% yüksəkdir və hətta gündəlik artım baş verir.

Müsahibimiz bunun hamsının yalnız təbiətdə baş verən hadisələrlə bağlı olmadığını deyərək, nəzərə çatdırıb ki, o ağaclar güclü külək əsəndə meyvəsini tökür ki, onlar zəif ağaclardır və əgər onlara yaxşı qulluq olunsaydı, onlar öz meyvələrini tökməzdilər:

“Bunun üçün lazımdır ki, bizim fermerlər, kəndlilər aqro-texniki qaydalara əməl etsinlər”.

Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
bakivaxti.az

1Mənbələr