AZ

Google ABŞ-ın gizli sualtı silahını nümayiş etdirdi – Qorxunc GÖRÜNTÜLƏR

ABŞ-ın “Manta Ray” adlı çox məxfi pilotsuz sualtı qayığı Google Earth tərəfindən görüntülənib.

KONKRET.az xəbər verir ki, Kaliforniyadakı Port Hueneme dəniz bazasının yaxınlığında görünən görüntülər tezliklə silinib.

Bu hadisə “Manta Ray” və ABŞ-ın sualtı qayıq imkanları ilə bağlı bir çox suallar doğurub.

Şəkillərin “Google Earth”də sızması “Manta Ray”ı təhlükəyə atıb və ABŞ-ın texnologiyanı necə qoruduğuna dair suallar doğurub.

Belə silahların kimin, necə və nə vaxt istifadə ediləcəyi ilə bağlı suallara kimin vaba verəcəyi bəlli deyil.

Sözügedən sualtı qayıq sürüşkən dizaynı ilə suyun dərinliklərində lövbər salmaq qabiliyyətinə malikdir.

May ayında buraxılan qayıq Cənubi Kaliforniya sahillərində üç aydan çox sınaqdan keçirilib.

Az güclə işləyə bilən nəqliyyat vasitəsi dənizin dərinliklərinə qədər en bilir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
konkret.az

1Mənbələr