Türkiyədə, Çanaqqalanın Ayvacık rayonunda Assos Antik Şəhərinə yaxın ərazidə meşə yanğını baş verib. Yanğın zamanı alovlar Assos Antik Şəhərinin girişinə çatıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğın müdaxilələrdən sonra nəzarət altına alınıb.
Ölkənin Mədəniyyət və Turizm Nazirliyi baş verən hadisə ilə bağlı açıqlamasında qeyd edib ki, mədəniyyət abidələri ziyan dəyməyib:“Assos soyutma işləri və digər məsələlərlə əlaqədar 27, 28 və 29 iyun tarixlərində ziyarətçilərə bağlanıb".
Yanğınsöndürənlər ərazidə işlərini davam etdirərkən, alovlar içində qalan su çəni yanaraq yararsız hala düşüb.