AZ

Türkiyədə kriptovalyuta ilə bağlı qanun qəbul olunub

Kriptovalyuta ilə işləmə qaydalarını pozanlar külli miqdarda cərimələnəcəklər, həbs olunacaqlar
Türkiyə Parlamenti kriptovalyutadan istifadəni tənzimləyən qanun layihəsini qəbul edib. AYNA türk mediasına istinadən xəbər verir ki, qaydaları pozanları 7,5 min dollardan 182,6 min dollara qədər cərimə və üç ildən beş ilədək həbs cəzası gözləyir.
Sənədə əsasən, Türkiyənin Maliyyə Bazarlarının Tənzimlənməsi Departamenti blokçeynin inkişafı, tətbiqi və satışı, kriptovalyutanın buraxılması, yayılması və ticarəti sahələrində lisenziyalar verəcək. Bütün köçürmələrin qeyd edilməsi tələb olunacaq.
Yerli mətbuatın məlumatına görə, hazırda ölkədə təxminən 12 milyon insan kriptovalyuta sahibidir. Daha əvvəl məlum olub ki, Türkiyədə iqtisadi qeyri-sabitlik şəraitində populyar olan bu sahədə əməliyyatlardan 0,03 faiz vergi tutulması planlaşdırılır.
İyunun əvvəlində dünya kripto birjalarında ticarətdə türk lirəsinin payı rekord həddə çataraq 19 faizə yüksəlib, valyuta avronu ötüb və üçüncü yeri tutub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
ayna.az

1Mənbələr