AZ

Türkiyə bütün kriptovalyuta əməliyyatlarının qeydə alınmasını tələb edib

Türkiyə parlamenti kriptovalyutaların istifadəsini tənzimləyən qanun layihəsini qəbul edib. 

"Operativ Media" xəbər verir ki, qaydalarının pozulmasına görə 7,5 ilə 182,6 min dollar arasında cərimə və 3 ildən 5 ilədək həbs cəzası tətbiq edilməsi qərara alınıb.

Sənədə əsasən, Türkiyənin Maliyyə Bazarlarını Tənzimləmə Təşkilatı blokçeynin inkişafı, tətbiqi və satışı, kriptovalyutanın çapı, yayılması və ticarəti sahəsində lisenziyalar verəcək. Bütün köçürmələr qeyd edilməlidir.

Yerli medianın məlumatına görə, hazırda ölkədə təxminən 12 milyon insan kriptovalyutalara sahibdir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
operativmedia.az

1Mənbələr