AZ

Avro 2024-ün fan zonasında kişi bıçaqla azarkeşlərə hücum etdi

Almaniyanın Ştutqart şəhərində futbol üzrə Avropa çempionatının Çexiya və Türkiyə yığmaları arasında keçirilən oyununun yayımı zamanı bir nəfər azarkeş zonasında bıçaqla azarkeşlərə hücum edib.

Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, hadisə "Şlossplatz" meydanında baş verib.

Davaya səbəb mübahisə olub. Hadisə nəticəsində ikisi ağır olmaqla 3 nəfər xəsarət alıb. 25 yaşlı şübhəlinin saxlanıldığı, zərərçəkənlərin isə xəstəxanalara aparıldığı qeyd edilir.

Yusif EYVAZLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
redaktor.az

1Mənbələr