AZ

Bəxtiyar Həsənalızadə: Karyeramı Azərbaycanda davam etdirəcəyəm

Çox güman ki, karyeramı Azərbaycanda davam etdirəcəyəm. Ancaq komanda adı çəkə bilmərəm.

“İki sahil” xəbər verir ki, bunu report-a açıqlamasında Türkiyənin “Tuzlaspor” klubundan ayrılan Azərbaycan millisinin futbolçusu Bəxtiyar Həsənalızadə deyib.

Müdafiəçi müqavilə müddətinin tam bitməsini gözlədiyini söyləyib: “Tuzlaspor”dan ayrılmaq üzrəyəm. Sadəcə, müqavilə müddətinin tam bitməsini gözləyirəm. İyulun 1-də məsələ rəsmiləşəcək”.

31 yaşlı futbolçu Türkiyədən sərfəli təkliflər olduğunu, lakin Azərbaycanda qalmaq istədiyini vurğulayıb: “Türkiyədən təkliflər var idi. Menecerlər də əlaqə saxlayırdılar. Sadəcə, özüm belə qərar vermişəm. Söhbət təkliflərin cəlbedici olmasından getmir. Onsuz da Türkiyədə Azərbaycandan daha sərfəli təkliflər edilir. Bəlkə də növbəti il ora qayıda bilərəm”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
ikisahil.az

2Mənbələr