Astananın ətrafında nəzarət məntəqələri quruldu
Astananın hüquq-mühafizə orqanları iyulun 3-4-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti zamanı təhlükəsizliyi təmin etmək üçün şəhər ətrafında nəzarət-buraxılış məntəqələri qurub.BUTA.TV xəbər verir ki, bunu Qazaxıstanın daxili işlər nazirinin müavini Marat Kojayev deyib. “Sammitlə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib. Şəhərin ətrafında nəzarət-buraxılış məntəqələri var, strateji qurumlar mühafizə altındadır”, - Kojayev bildirib.