AZ

Türkiyə millisinin AVRO-2024 qazancı bəlli oldu – Məbləğ daha da arta bilər

Ötən gün AVRO-2024-ün F qrupunun son matçında Çexiyanı məğlub edən Türkiyə millisi son 16 turuna vəsiqə qazanıb.

“AzPolitika” xəbər verir ki, qrup mərhələsini 6 xalla ikinci sırada tamamlayan “ay-ulduzlular”ın AVRO-2024 üzrə əldə etdiyi pul mükafatının məbləği məlum olub.

Belə ki, Türkiyə millisi AVRO – 2024-də iştirak haqqı olaraq 9 milyon 250 min avro, qrup mərhələsində əldə etdiyi qələbələrə görə 2 milyon avro, son 16 turuna vəsiqə qazandığı üçün 1 milyon 500 min avro gəlir əldə edib. Türkiyə millisinin AVRO-2024 qazancı hazırda 13 milyon 750 min avro təşkil edir.

Məlum üçün bildirək ki, AVRO 2024-də matç bonusu hər qələbəyə görə 1 milyon avro, heç-heçəyə görə 500 min avro təşkil edir. Komandalar 1/8 finalda iştiraka görə 1,5 milyon avro, 1/4 finalda iştiraka görə 2,5 milyon avro, yarımfinala yüksəldikdə 4 milyon avro pul mükafatı qazanacaqlar. Çempion komandaya isə 8 milyon avro əlavə ödəniş ediləcək.

Qeyd edək ki, Türkiyə millisi qrupunu ilk matçında Gürcüstana 3-1 hesabı ilə qalib gəlib. Ardınca portuqallara 0-3 hesabı ilə məğlub olan “ay-ulduzlular”, sonuncu oyunda çexləri 2-1 hesabı ilə üstələyiblər.

Son 16 turunda mübarizə aparacaq Türkiyə yığmasının rəqibi isə Avstriya millisidir. Görüş iyulun 2-də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
azpolitika.info

2Mənbələr