AZ

Moskva-Tehran xəttində kritik görüş

Rusiya prezidenti Putin İranın müvəqqəti prezidenti Muhbir ilə görüşüb.

Bildirilib ki, Rusiya prezidenti Vladimir Putin İranın müvəqqəti prezidenti Məhəmməd Muhbirlə telefon danışığı aparıb.

Turkustan.az xəbər verir ki, Kreml Sarayından verilən açıqlamaya görə, görüşdə Rusiya və İran arasında müxtəlif sahələrdə əlaqələr müzakirə olunub.

Görüşdə iki ölkənin enerji sektorunda əməkdaşlığın inkişafından və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsindən məmnunluq ifadə olunub.

Görüşdə Putin İran xalqına prezident seçkilərində uğurlar arzulayıb və Rusiya ilə İran arasında dostluq əlaqələrinin bundan sonra da inkişaf edəcəyini qeyd edib.

İran prezidenti İbrahim Rəisi mayın 19-da helikopter qəzasında dünyasını dəyişdikdən sonra ölkədə prezident seçkilərinin iyunun 28-də keçirilməsinə qərar verilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
turkustan.az

2Mənbələr