AZ

I Liqa klubu sponsorlarla ortaq məxrəcə gələ bilmir

"Bizdə hələlik qeyri-müəyyənlikdi. FİF-in təşkilatçılığı ilə sponsorlarla danışıqlar aparsaq da, hələlik konket razılıq və əməkdaşlıq barədə ortada heç nə yoxdu. Sponsorlar götür-qoy edirlər". Bu sözləri Sport24.az-a açıqlamasında "Zaqatala"nın prezidenti Şaban Şirdanov deyib.
 
O, kluba sərmayə qoymaq istəyənlərin daha çox uşaq futboluna diqqət ayırmağı düşündüklərini, bunun isə onlara sərf etmədiyini də vurğulayıb: "Onlar daha çox uşaq futboluna vəsait ayırmaq istəyirlər. Biz isə qeyd etmişik ki, əsas komandaya yetəri qədər dəstək olmasa, uşaq futboluna dəstək effektli olmayacaq. Bundan başqa AFFA-ın klublara ayıracağı vəsaitin artırılması məsələsini də diqqətdə saxlayırıq. Amma hələlik görünən odur ki, 300 min manat yardımın artacağı gözlənilmir".
 
Şirdanov komandanı komplektləşdirməkdə gecikdiklərini də bildirib: "Vaxtımız da daralır. Futbolçularla danışıqlar aparmalı, yeni transferlər həyata keçirməliyik. Sentyabrın 11-də çempionat başlayır. Ona görə də ən azı avqustun 1-dən toplanışa başlamalıyıq. Ümid edirik ki, bu durğunluğun sonu müsbətə doğru dəyişəcək".  ABDULLA İSMAYILOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
sport24.az

1Mənbələr