AZ

Referendumun vaxtı dəqiqləşdi



Qazaxıstanda bu ilin payızında atom elektrik stansiyasının tikintisi ilə bağlı referendum keçiriləcək. Bunu prezident Kasım-Jomart Tokayev media nümayəndələri ilə görüşündə deyib.
Dövlət başçısının sözlərinə görə, dəqiq tarixi hökumət müəyyən edəcək.
"Siz yaxşı bilirsiniz ki, iqtisadiyyatın inkişafı üçün sabit enerji mənbəyi lazımdır. Ona görə də mən konkret tapşırıq vermişəm ki, AES-in tikintisi məsələsini işləyin. İndi hərtərəfli müzakirə gedir. Müxtəlif fikirlər səslənir. Kütləvi informasiya vasitələri də bu prosesdə fəal iştirak etməlidirlər”, - deyə prezident bildirib.
Dövlət başçısının sözlərinə görə, ölkədə nüvə energetikasının inkişafı üçün böyük imkanlar var.
"Bundan düzgün, yəni səmərəli istifadə olunmalıdır. Bu məsələ ilə bağlı son qərarı xalq verəcək".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
newscenter.az

1Mənbələr