AZ

“Azərbaycan prezidentinə sülhün vaxtının yetişdiyini çatdıracam” – Blinkenin köməkçisi

ABŞ çalışır ki, Orta Asiyadan mal ixracı Rusiya və Çindən deyil, alternativ yollarla, o cümlədən Azərbaycandan keçsin.

Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.

O bu mövzuya Bakıya gözlənilən səfəri kontekstində toxunub.

O’Brayen qeyd edib ki, Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına ixrac hazırda yalnız Çin və Rusiya vasitəsilə həyata keçirilir və çözüm üçün Azərbaycanla əməkdaşlıq etmək lazımdır.

“Bir marşrut Gürcüstandan Qara dənizə keçir, digəri isə potensial olaraq daha böyük marşrut Azərbaycan, Ermənistan və Türkiyədən keçəcək və bu səbəblərə görə bizə Azərbaycan və Ermənistan arasında sülh sazişi lazımdır”, – O`Brayen bildirib.

O’Brayen əlavə edib ki, səfər zamanı o, Azərbaycan prezidenti İlham Əliyevə sülhün vaxtının yetişdiyini çatdıracaq.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
azpost.info

1Mənbələr