AZ

Parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə iştirakını təmin edəcək - Fərid Hacıyev

Bakı. Trend:

Milli Məclisin müzakirə olunan qərarının AzərbaycanRespublikasının Konstitusiyasına uyğunluğu məsələsi ilə bağlı hesabedirik ki, Konstitusiyanın 98-1-ci maddəsi parlamentin bu məsələilə bağlı müraciət etmək hüququnu məhdudlaşdırmır. Bu da nəzərəalınmalıdır ki, Milli Məclis qərarında qeyd olunduğu kimi, COP29-ahazırlıq işlərinin görülməsi və həmin tədbirin keçirilməsi iləəlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik vədigər müəyyən məhdudiyyətlərin tətbiq olunması qaçılmazdır.

Trend xəbər verir ki, bu sözləri Milli Məclis Aparatının rəhbəriFərid Hacıyev Azərbaycan Respublikası Konstitusiya MəhkəməsiPlenumunun iyunun 27-də keçirilən iclasında çıxışı zamanıdeyib.

O bildirib ki, bu baxımdan seçkilərin vaxtından əvvəlkeçirilməsi vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə vəseçkilərdə maneəsiz iştirakını təmin edəcək. Beləliklə,Konstitusiyasının 56-cı maddəsində təsbit edilmiş vətəndaşlarınseçki hüququna təminat veriləcək. Bu, eyni zamanda, deputatlığanamizədlərin seçkiqabağı təşviqatı rahat şəkildə aparmalarına imkanyaratmalıdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiya MəhkəməsiPlenumunun iclası işə başlayıb. İclasda Azərbaycan RespublikasıKonstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və“Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən,Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli1174-VIQR nömrəli “Azərbaycan Respublikasının Milli Məclisinənövbədənkənar seçkilərin təyin edilməsi haqqında AzərbaycanRespublikasının Prezidentinə müraciət edilməsi barədə” Qərarıəsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının vənövbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan RespublikasıKonstitusiyasına uyğunluğu barəsində Azərbaycan RespublikasıPrezidentinin sorğusuna baxılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
4
az.trend.az

5Mənbələr