İstanbulun Bahçelievler səmtində dördmərtəbəli yaşayış binası qismən uçub.
Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Hadisə Bahçelievler Zəfər mikrorayonunun Yadigar küçəsində baş verib.
“1970-ci ildə tikilmiş 4 mərtəbəli binanın qismən uçub. Hadisə yerində aparılan araşdırma zamanı ölən və yaralananların olmadığı müəyyən edilib”, - deyə telekanalın rəsmi açıqlamasında bildirilir.