AZ

Bakının bu hissələrində qaz olmayacaq

Bu gün Bakının Xəzər və Binəqədi rayonlarında qaz təchizatında fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonu, Zirə qəsəbəsində qaz xəttinin kipliyə sınaq olunması və Binəqədi rayonu, 7-ci Mikrorayon S.S.Axundov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud xəttə qoşulması məqsədi ilə iyunun 27-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri görülən müddətdə Xəzər rayonunun Zirə qəsəbəsinin,  Binəqədi rayonunun isə Amay Kunanbayev və Aydınbəyov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Cebhe.info"

Seçilən
69
32
cebheinfo.az

10Mənbələr