AZ

Bankların kredit portfeli 25 milyardı keçdi

2024-cü ilin May ayında bankların kredit portfeli 2.1% və ya 513,7 milyon manat artaraq 25 milyard 158,2 milyon manata çatıb.

Bu barədə Marja.az Mərkəzi Bankın Statistik Bülleteninə istinadən xəbər verir.

Kredit portfelinin strukturu aşağıdakı şəkildədir:

ı) biznes kreditləri – 54.8% (13 milyard 784,7 milyon manat);

ıı) istehlak kreditləri – 29.7% (7 milyard 480,2 milyon manat)

ııı) ipoteka kreditləri – 15.5% (3 milyard 893,3 milyon manat).

May ayında bankların biznes, istehlak və ipoteka portfeli müvafiq olaraq 308,4 milyon manat (+2.3%), 153,2 milyon manat (+2.1%) və 52,2 milyon manat (+1.4%) artmışdır. 

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.5 faiz bəndi azalaraq 1.8% təşkil etmişdir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
marja.az

1Mənbələr