AZ

İranda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası başa çatıb

İranda

Bakı, 27 iyun, AZƏRTAC

İranda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı namizədlərin təbliğat-təşviqat kampaniyası başa çatıb.

AZƏRTAC xəbər verir ki, İranda seçki qanununa əsasən, seçkilərə 24 saat qalmış sükut günü hesab olunur. Sabah İranda prezident seçkiləri yerli vaxtla 08:00-da başlanacaq.

Prezident seçkilərində beş namizəd rəqabət aparacaq. Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası iyunun 9-dan başlanıb.

Xatırladaq ki, İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində azı 8 nəfər həyatını itirib. Helikopterin göyərtəsində onunla yanaşı, xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim və İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
4
azertag.az

5Mənbələr