AZ

NATO Rusiyanın düşmənidi – Peskov

Vətəninfo.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, NATO hazırda Rusiya üçün düşmən ittifaqıdır.

Peskov həmçinin NATO-nun yeni baş katibi Mark Ruttenin səlahiyyət müddəti ərzində Şimali Atlantika Alyansının iş tərzinin və Rusiya ilə münasibətlərinin dəyişməyəcəyinə inandığını bildirib.

“Çətin ki, NATO-nun qəbul etdiyi siyasətdə ABŞ-ın sifarişi ilə fəaliyyət göstərən alyansa üzv ölkələr, eləcə də ümumi alyans tərəfindən Rusiya Federasiyasının strateji təmkininə yönəlmiş siyasətdə dəyişikliklər qeydə alınsın. Hazırda NATO bizim üçün düşmən ittifaqıdır”, – Peskov bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
veteninfo.az

1Mənbələr