AZ

İdman / VideoAzərbaycan Ordusunun əsgərləri Türkiyənin qələbə qoluna belə sevindi - VİDEO

SİZİN REKLAM BURADA!055 213 76 73

Azərbaycanda Ordusunun bir qrup əsgəri ötən gecə AVRO-2024 çərçivəsində baş tutan Türkiyə - Çexiya matçını böyük həvəslə izləyib.

BAKU.WS xəbər verir ki, bu barədə görüntüləri Türkiyənin Milli Müdafiə Nazirliyi sosial şəbəkə hesablarında paylaşıb.

“Azərbaycandan uşaqlarımıza tam dəstək. Təşəkkürlər can Azərbaycan, təşəkkürlər Qarabağ aslanları... Biz hər zaman birik və bərabərik”,- deyə paylaşımda qeyd olunub.

Görüntülərdə Türkiyə-Çexiya matçını həyəcanla izləyən Azərbaycan əsgərlərinin Türkiyənin matçın son dəqiqələrində vurduğu qələbə qolundan böyük həyəcan keçirdiyi əks olunub.

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatında Çexiyanı 2:1 hesabı ilə məğlub edən Türkiyə qrupunu 2-ci pillədə başa vuraraq, 1/8 finala vəsiqə qazanıb.

BAKU.WS VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
1
far.az

2Mənbələr