"Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Əli Məsimlinin sözlərinə görə, 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi: "2023-cü il sentyabrın 19-20-də keçirilən sürətli və çox uğurlu antiterror əməliyyatı ilə bütün ərazilərimizdə süverenliyimiz təmin olundu. Bu gün üçrəngli bayrağımız Azərbaycanın bütün ərazisində əzəmətlə dalğalanır. 26 İyun-Silahlı Qüvvələr Gününü hərbi rəşadət, şərəf və igidlik bayramına, Azərbaycan xalqınının-qalib xalqa çevrilməsi yolunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edir, Vətən naminə hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimizə Allahdan şəfa diləyirik".
Alim Hüseynli
Olaylar.az