Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü Rəşad Əmrahov göstərilən tibbi yardımlara baxmayaraq yerləşdirildiyi tibb müəssisəsində dünyasını dəyişib.
Qeyd edək ki, hadisə Xanlıqlar kəndində, restoranların birinin qarşısında qeydə alınıb.