Almaniyada təşkil olunan futbol üzrə XVII Avropa çempionatında qrup mərhələsinə yekun vurulub. F qrupu oyunlarından sonra 1/8 finalın bütün cütlükləri bəlli olub.
Qarşılaşmaların yekununda 6 qrupda mübarizə aparan 24 komandadan 16-sı yoluna davam etmək hüququ qazanıb.
A qrupunda Almaniya və İsveçrə,
B qrupunda İspaniya və İtaliya,
C qrupunda İngiltərə və Danimarka,
D qrupunda Avstriya və Fransa,
E qrupunda Rumıniya və Belçika,
F qrupunda Portuqaliya və Türkiyə 2-ci yeri tutaraq 16-cı tura keçiblər.
Sloveniya, Hollandiya, Slovakiya və Gürcüstan “Ən yaxşı 4 qrup üçüncüsü” olublar.
8/1 finalı oyunları 29 iyun – 2 iyul arası keçiriləcək. Bu qarşılaşmalarda qalib gələn komandalar 1/4 finala yüksələcəklər.
29 iyun (şənbə):
19.00: İsveçrə-İtaliya (Berlin Olimpiya Stadionu)
22.00: Almaniya-Danimarka (BVB Stadionu)
30 iyun (bazar):
19.00: İngiltərə-Slovakiya (AufŞalke Arena)
22.00: İspaniya-Gürcüstan (Köln Stadionu)
1 iyul (bazar ertəsi):
19.00: Fransa-Belçika (Düsseldorf Arena)
22.00: Portuqaliya-Sloveniya (Frankfurt Arena)
2 iyul (çərşənbə axşamı):
19.00: Rumıniya-Hollandiya (Münhen Futbol Arenası)
22.00: Avstriya-Türkiyə (Leypsiq Stadionu).