AZ

AİB regionda İslam maliyyələşdirməsinin aktiv bələdçisi ola bilər - İdarə Heyəti sədrinin müavini

Almatı. Trend:

Avrasiya İnkişaf Bankı (AİB) regionda İslam maliyyələşdirməsininaktiv bələdçisi ola bilər.

Trend-inmüxbiri xəbər verir ki, bu barədə AİB-in İdarə Heyətinin sədrininmüavini Ruslan Dalenov bankın Almatıda keçirilən biznes forumuçərçivəsində "Mərkəzi Asiyada İslam Maliyyəsi" mövzusundasessiyasında deyib.

"AİB geniş müştəri bazasına malik beynəlxalq təşkilat olmaqla,regionda İslam maliyyəsinin aktiv bələdçisi ola bilər. AİB lazımitənzimləmə düzəlişlərini hazırlamaq və tətbiq etmək üçün bir növtənzimləyici "sandbox" ola bilər", - deyə o vurğulayıb.

Dalenov qeyd edib ki, AİB İslam maliyyəsinin bələdçisinəçevrilmək yolunda yeni investisiyalar cəlb etməklə regionölkələrinin iqtisadiyyatlarının inkişafı üçün yeni alətlər təklifedəcək.

Onun sözlərinə görə, AİB-də "İslam pəncərəsi" işə salınacaq.

"2025-ci ildə Avrasiya İnkişaf Bankında "İslam pəncərəsi" tamformatda işə salınacaq. Bir sıra pilot layihələrmaliyyələşdiriləcək. Bu, böyük investisiya layihələrininmaliyyələşdirilməsinə keçməyə imkan verəcək", - deyə o əlavəedib.

Qeyd edək ki, Qazaxıstanın Almatı şəhərində AİB-in biznes forumuçərçivəsində Mərkəzi Asiyada İslam Maliyyəsi" mövzusunda birincisessiyası keçirilir.

Sessiyada iştirakçılar Mərkəzi Asiya dövlətlərində maliyyəlayihələrinin təməl prinsiplərini müzakirə edəcək, yanaşıproblemləri və onların həll mexanizmlərini nəzərdən keçirəcək.

Qlobal bank aktivlərində İslam maliyyəsi seqmenti 2024-cü ilinəvvəlinə olan məlumatlara görə 2 faiz təşkil edir, lakin bu, artıq4 trilyon ABŞ dollarıdır və sürətlə artmaqdadır. Beləliklə,2015-2021-ci illər ərzində dünyada İslam aktivlərinin həcminin ortaillik artımı ənənəvi maliyyə aktivləri arasında 5,8 faiz iləmüqayisədə 10,5 faiz təşkil edib.

İslam bankları hazırda dünyanın 40-dan çox ölkəsində dayanıqlımövqelər tutub və klassik kredit təşkilatları ilə effektiv rəqabətaparmağa başlayıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
2
az.trend.az

3Mənbələr