AZ

Tıxaclarının artmasına səbəb nədir?

Təəssüflə qeyd edək ki, paytaxt ərazisində demək olar ki, hər gün tıxaclara rast gəlinir. Buna  səbəb isə, yol infrastrukturunun düzgün qurulmaması, maşınların çox olması və sürücülərin  yol qaydalarına düzgün riayət etməməsidir. Nəqliyyat üzrə ekspert  Eldəniz Cəfərov "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, tıxacların olmasının əsas səbəbi maşınların çox olması yox, yol infrastrukturunun düzgün qurulmamasıdır: "Vaxtilə yol ötürücüləri, tunellər, körpülər düzgün qurulmayıb və bu da problemlərə səbəb olur. Yolların bir çoxunda dar boğazı effekti müşahidə olunur. Təəssüflə qeyd edək ki, xüsusən də Bakı şəhərində avtobus, metro segmenti yaxşı çalışmır. İctimai nəqliyyat üçün buraxılan avtobusların sayı olduqca azdır. Buna görə də  vətəndaşlar səhər işə, axşam da evə getməkdə çətinlik çəkirlər. Bu səbəbdən insanlar taksilərə daha çox üstünlük verirlər. İctimai nəqliyyatda vəziyyət yaxşı olanda sonra taksilərə də tələbat azalacaq. Əgər biz bu gün taksilərə tətbiq etdiyimiz sərt tədbirləri vaxtilə ictimai nəqliyyata tətbiq etsəydik, avtobus seqmentində olan nöqsanlar aradan qalxardı".

Havar Şəfiyeva 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Mənbələr