AZ

Azərbaycan ordusu dünyaya nümunə olacaq bir şəkildə qələbə əldə etmişdir- ÖZƏL

"Qəhrəman Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq möhtəşəm qələbə əldə etmişdir. Uzun illərdən bəri Azərbaycan ordusunda həyata keçirilən islahatlar, əlbəttə ki, döyüş meydanında özünü göstərmişdir. Bu günlərdə Azərbaycan Ordusu qarşısına qoyulmuş istənilən döyüş tapşırığının öhdəsindən gəlmək iqtidarındadır. Əlbəttə ki, cənab Ali Baş Komandanın ordu quruculuğundakı və müasir Azərbaycan ordusunun formalaşdırılmasında əvəzsiz xidmətləri vardır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Azər Bayramov bildirib:

"Burada ilk növbədə peşəkar hərbçilərin hazırlanması, ordunun təminatı, təchizatı, yeni silah-sursat və texnikanın, ordumuzun arsenalına verilməsi, müasir hərbi təhsil sisteminin, yeni komanda birliklərinin yaradılması və daima döyüş hazırlığının yüksək səviyyədə saxlanılması üçün zəruri tədbirlərin həyata keçirilməsi hər zaman olduğu kimi, bütün dövrlər üçün də əsas prioritet məsələlər olmaqda qalmaqdadır. Bütün bu aparılan islahatların nəticəsi olaraq, istər İkinci Qarabağ müharibəsində, istər də antiterror tədbirləri zamanı ordumuzun peşəkarlığı bütün dünya tərəfindən görüldü. Hətta inkişaf etmiş ölkələrin ordularında və onun rəhbərliyində İkinci Qarabağ müharibəsindən sonra yeni nəsil müharibələrin aparılmasında, öz doktrinalarında dəyişikliklərin edilməsinin zərurəti yarandığını bildirirdilər. Bu da onu deməyə əsas verir ki, məhz Azərbaycan ordusu dünyaya nümunə olacaq bir şəkildə qələbə əldə etmişdir. Azərbaycan Ordusu təkcə döyüş meydanında döyüş hazırlığı ilə deyil, müharibənin sırf beynəlxalq hüquq və normalara uyğun aparılması ilə də bütün dünyaya nümunə göstərdi. Məhz sözügedən istər, İkinci Qarabağ müharibəsində, istər antiterror tədbirləri zamanı yalnız hərbi hədəfləri sıradan çıxarmaqla digər hər hansısa bir mülki şəxsin zərər görməməsini təmin etdi. Bu da bir daha Azərbaycan ordusunun yüksək peşəkarlığının nəticəsi idi. Elə hesab edirəm ki, məhz Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar bu gün dünyada baş verən proseslərdə, münaqişələrdə bir nümunə, model olmalıdır. Hansı ki, heç bir halda mülki insanların zərər görməməsi üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Və bildiyimiz kimi, mənfur düşmən bir çox strateji silahları və zirehli və ağır texnikalarını yaşayış məntəqələrinin içərisində yerləşdirmişdi. Eyni zamanda,  ancaq Azərbaycan ordusunun arsenalında olan yüksək dəqiqli silahlar və onu tətbiq edəcək peşəkar heyətin olması düşməni hər hansısa bir şəkildə öz mənfur niyyətinə çatmağa qoymadı. Azərbaycan hər zaman olduğu kimi yenə də sülhün tərəfdarıdır, bütün məsələlərin həllinə yalnız humanizm prinsipləri ilə yanaşmışdır. Çox təəssüf ki, Ermənistan tərəfi daima bu humanizmə, məkrli yanaşaraq təxribatlar törətmiş, mövcud vəziyyəti daha da gərginləşdirməyə çalışmışdır. Azərbaycan nəinki döyüş meydanında, eyni zamanda regional və qlobal problemlərin sülh yolu ilə həllinin tərəfdarı olmuşdur. Azərbaycanın da qoşulduğu sülhməramlılarımızın iştirak etdiyi bir çox platformalar var idi ki, orada da öz xidmətləri ilə digər ölkələr üçün nümunə olmuşdular. Sülhməramlılarımızın sülhü qorumaq naminə iştirak etdiyi bir çox fəaliyyətlər mövcud idi ki, Kosovoda, İraqda, eyni zamanda Əfqanıstanda həyata keçirilmişdir və son nümunə olaraq da Əfqanıstanda ən son oranı tərk edən sülhməramlılar Qardaş Türkiyə və Azərbaycan ordusunun hərbçilər idi. Biz orada da bizim qəhrəman hərbçilərimizin nümunəvi, eyni zamanda peşəkar, qəhrəmancasına öz vəzifələrini yerinə yetirilməsi ilə təkcə orduda xidməti vəzifəsini yerinə yetirən sülhməramlıların aid olduğu dövlətlər deyil, eyni zamanda, yerli hakimiyyətdən də biz Azərbaycana təşəkkür edildiyini müşahidə etdik. Bu da onu deməyə bir daha əsas verir ki, Azərbaycan ordusu nəinki regional, eyni zamanda beynəlxalq səviyyədə də öz nüfuzunu və peşəkarlığını qoruyub saxlamışdır. Bu günlərdə daima inkişaf edən ordumuzun əsas məqsədi sülhün təmin edilməsidir. Paralel olaraq Azərbaycana qarşı ola biləcək istənilən təhdidin və təxribatın qarşısını qətiyyətlə alınmasıdır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
olaylar.az

1Mənbələr