AZ

Əsgərlərimiz Türkiyənin qələbəsinə belə sevindi - VİDEO

Türkiyə Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin AVRO-2024-ün qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilən Türkiyə - Çexiya matçını böyük coşqu ilə izlədiyi videogörüntü paylaşıb.

Modern.az xəbər verir ki, qardaş ölkənin rəsmi qurumu paylaşımda bunları qeyd edib:

"Can Azərbaycandan bizim uşaqlara tam dəstək! Bu gün 106-cı ildönümünü qeyd edən Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgərləri milli futbol komandamızın 2:1 hesabı ilə qalib gəldiyi Çexiya matçını böyük həvəslə izləyib və Cenk Tosunun qələbə qoluna sevinib. Sağ ol, can Azərbaycan, sağ olun, Qarabağ aslanları. Biz həmişə birik!".


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
big.az

2Mənbələr