AZ

Litva bəzi dövlət işçilərinin Rusiyaya səfərinə məhdudiyyətlər tətbiq edəcək

Litva məxfi məlumatlarla işləmək icazəsi olan dövlət işçilərinin Rusiya, Belarus və Çinə qeyri-işgüzar səfərlərini qadağan etməyi planlaşdırır.

Editor.az TASS-a istinadla xəbər verir ki, Müdafiə Nazirliyinin müvafiq təklifi hökumətin iclasında bəyənilib və təsdiq üçün Litva Seyminə (parlament) təqdim edilib. Hərbi idarə bəyan edib ki, bu cür tədbirlər onlarla işləmək və ya məxfi məlumatlarla tanış olmaq hüququ olan dövlət işçilərini dost olmayan ölkələrin kəşfiyyat xidmətlərinin onlara qarşı hərəkətlərindən qoruyacaq. Məmurların Rusiya, Belarus və Çinə qeyri-işgüzar səfərlərə qadağa qoyulması təklif edilir. İlkin məlumatlara görə, məhdudiyyətlərdən təxminən 56 min insan təsirlənəcək.

Qeyd edək ki, belə bir qadağa bir müddət əvvəl Litva hərbi qulluqçuları üçün tətbiq edilmişdi.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
editor.az

1Mənbələr