AZ

Karaqandada çoxmərtəbəli yaşayış binası yanıb, 28 nəfər təxliyə edilib

Bu gün səhər saatlarında Karaqanda şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədar 8-i uşaq olmaqla 28 nəfəri təxliyə edilib.

“İki sahil” KAZINFORM-a istinadla xəbər verir ki, yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzildə məişət əşyaları, soyuducu və mebel 6 kvadratmetr sahədə yanıb.

Ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, yanğınsöndürənlərin çevik fəaliyyəti nəticəsində yanğın çağırış anından 58 dəqiqə ərzində söndürülüb.

Ölən və yaralanan yoxdur. Yanğının elektrik naqillərində yaranan qısaqapanmadan baş verdiyi ehtimal edilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
155
ikisahil.az

1Mənbələr