AZ

Qadınlar nə üçün cinsi əlaqədən imtina edirlər? – Səbəbləri açıqlandı

Könüllü olaraq və ya qəsdən cinsi əlaqədən çəkinən qadınların sayı artır.

Medianews.az lenta.ru-ya istinadla xəbər verir ki, münasibətlər üzrə məşqçi, yaşam koçu Corciya Qreys “Body and Soul” jurnalına bu tendensiyanın səbəbləri haqqında danışıb.

Qreys qeyd edib ki, artan könüllü subaylıq ideyasının müxtəlif səbəbləri ola bilər. Onun sözlərinə görə, bir çox qadının cinsi münasibətdən bezdiyini, bəyəndiyi biri ilə görüşə bilmədiyini və ya münasibətlərdə pis təcrübələr yaşadığını söyləyib.

Qreys təhlükəsizliyi digər vacib amil kimi qeyd edib. O, müştərilərinin təcrübəsinə əsasən söyləyib ki, qadınlar üçün yeni kişilərlə tanış olmaq qorxuludur və onlar üçün təsadüfi cinsi əlaqə çox vaxt darıxdırıcı olur.

Xatırladaq ki, bundan əvvəl kosmetoloqlar Teresa Tarmey və Pam Marshall cinsi əlaqənin dəri keyfiyyətinə müsbət təsir etdiyini bildiriblər. Onlar izah ediblər ki, cinsi yaxınlıq kollagen istehsalını stimullaşdırır.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
medianews.az

2Mənbələr