AZ

“Bakı Sağlamlıq Mərkəzi” 26 mln. manata yaxın gəlir, 4 mln. manat xalis mənfəət əldə edib

“Bakı Sağlamlıq Mərkəzi” P.H.Ş 2023-cü ildə 3.68 milyon manat xalis mənfəət əldə etməklə 2022-ci ildə qeydə alınmış 2.67 mln. manatı 38 faiz üstələyib.

Banker.az xəbər verir ki, bu barədə “Bakı Sağlamlıq Mərkəzi”nin illik maliyyə hesabatında bildirilir.

Hesabata əsasən, iri tibb müəssisəsinin gəlirləri illik müqayisədə 17 faiz artaraq 29.94 mln. manat təşkil edib. 2022-ci ildə onun 25.68 mln manat ümumi gəlirləri olub.

Cəmi xərclər 2022-ci ildə 23.42 mln. manat olarkən, 2023-cü ildə 26.26 mln manata qalxıb.

“Bakı Sağlamlıq Mərkəzi” öncəki illərdə zərər etdiyindən onun kapital balansında 2023-cü ilin əvvəlinə qədər 25.1 mln. manat yığılmış zərər vardı. Bu yığılmış zərər ötən ilin sonuna 22.83 mln. manata düşüb. Beləliklə, tibb müəssisəsi hələ də qoyulmuş investisiyanı bərpa edə bilməyib. 75.71 mln. manat nizamnamə kapitalı ilə təsis edilib. Hazırda cəmi kapital 56.56 mln. manatdır.

Tibb müəssisəsinin 56.85 mln. manat aktivi var. Bunun da 5.91 mln. manatı “kassasında”kı pul vəsaitləridir.

Xatırladaq ki, “Bakı Sağlamlıq Mərkəzi” Azərbaycanın iri tibb müəssisələrindən biridir. 2014-cü ilin Yanvar ayında istifadəyə verilib.22

12312312

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
banker.az

1Mənbələr