AZ

“O çirkab hər birimizin övladına sıçraya bilər“ - Tural İrfandan SƏRT TƏPKİ

Son zamanlar gənclər arasında kriminal aləmə maraq artmaqdadır. Bir çox hallarda bu bu və digər şəkildə təbliğ də olunur. “Son zəng”də, tələbə gecələrində və gənclərin toplandığı digər tədbirlərdə kriminal aləmin atributları təşviq edilir. Bu da ciddi narahatlıq doğurur.

Məsələ ilə bağlı fikirlərini News365.az –la bölüşən MCP sədrinin müavini Tural İrfan da öz narahatlığını gizlətmir:

“Kriminal ənənələr ölkədə çox geniş şəkildə təbliğ olunur. Gənclərin dinlədiyi bütün mahnılar narkomaniyanı, cinayət aləmini, avaralığı təbliğ edir. Meyxananın bu işdə böyük rolu var.

Orta məktəblər demək olar ki, yoxa hesabdır. Təhsil Nazirliyi də məsələyə laqeyiddir. Bax, bu boşluq səbəb olur ki, yeniyetmələr, gənclər təhsil, peşə yerinə pis vərdişlərə, narkotiklərə və kriminala meyl salır. Son zəng tədbirləri artıq cinayət aləminə həsr edilmiş mahnılarla tarixə düşür. Məktəb direktorları, müəllimlər də rəqs edir, məzunlara sanki cinayət aləmində xeyir-dua verirlər.

Pis vərdişlərdən çəkindirmək üçün isə hamı hərəkətə keçməlidir. Çünki heç kəs deməsin ki, mənim övladım uzaqdır, başqası nə olur olsun. Elə deyil. Bir gün sənin övladına da sıçrayacaq o çirkab”.

İlhamə Qiyas, News365.az


Seçilən
58
news365.az

1Mənbələr