AZ

Ukrayna bir gecədə 28 hava hədəfini VURDU

Ukrayna bir gecədə 5 raket və 23 PUA hücumu daxil olmaqla 28 hava hədəfini vurub.

Musavat.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, iyunun 27-nə keçən gecə ruslar “Kalibr”, “Kinjal” və “X-59/X-69” da daxil olmaqla hava və dəniz raketlərindən, həmçinin “Şahed” pilotsuz uçan aparatlarından istifadə etməklə Ukraynaya raket və hava zərbələri endirib.

Məlumata görə, Rusiya ümumilikdə 6 müxtəlif tipli raketdən və 23 hücum PUA-dan istifadə edib:

1 aeroballistik raket X-47 M2 "Kinjal" (Rusiyanın Tambov vilayətinin hava məkanından);

4 qanadlı raket "Kalibr" (Qara dənizin şimal-şərq hissəsindən);

1 ədəd X-59/X-69 idarə olunan təyyarə raketi (Rusiyanın Kursk vilayətinin hava məkanından);

"Şahed-131/136" tipli 23 hücum PUA (atma sahəsi - Primorsko-Axtarsk, Rusiya Federasiyası).

Qeyd olunub ki, Ukrayna ordusu "Kinjal"dan başqa bütün hədəfləri məhv edib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
1
musavat.com

2Mənbələr