AZ

Hollandiya Livandakı vətəndaşlarından ölkəni tərk etmələrini istəyib

Bakı.TurkicWorld :

İsrail Livanın "Hizbullah" hərəkatı ilə müharibə etmək istəmir, lakin hadisələrin istənilən inkişafına hazırdır.

TurkicWorld-in məlumatına görə, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant Vaşınqtona səfəri zamanı deyib.

"Biz müharibə istəmirik, lakin "Hizbullah" təhlükəli oyun oynayır və biz öz vətəndaşlarımıza və evlərini tərk etmək məcburiyyətində qalan on minlərlə israilliyə qarşı hücumlara dözməyəcəyik", - deyə o bildirib.

Onun sözlərinə görə, əsas məqsəd İsrail vətəndaşlarını sağ-salamat evlərinə qaytarmaqdır.

"Biz bunu qarşılıqlı anlaşma əsasında etməyə üstünlük veririk, lakin bütün mümkün ssenarilərə hazırlaşırıq", - deyə o qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
turkic.world

1Mənbələr