AZ

“Amazon”un kapitallaşması ilk dəfə 2 trln. dolları keçib

“Amazon”un kapitallaşması ilk dəfə 2 trilyon dolları keçərək 2.018 trilyon dollara çatıb. Hal-hazırda səhmlər 194 dollar qiymətinə satılır. Müqayisə üçün qeyd edək ki,  2024-cü il fevralın 1-də qiymət 159 dollar, iyunun 3-də isə 178.34 dollar olub.

İndi “Amazon” daha əvvəl bu mərhələni qət etmiş şirkətlərin “elitar klubunun” üzvüdür. Bunlar “Microsoft”, “Apple”, “Nvidia” və “Alphabet”dir.

İyun ayında mənbələr “Insider”ə “Amazon”un ChatGPT ilə rəqabət apara biləcək çat-bot yaratmağı planlaşdırdığını yazıb. Adı “Metis” olan bu məhsul “Olympus” modeli əsasında hazırlanacaq.

Eyni zamanda, şirkət ayda 5-10 dollara başa gələn və süni intellekt funksiyaları olan “Alexa”ya abunəni işə salmağı planlaşdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
banker.az

1Mənbələr