AZ

Azərbaycan klubunun Çempionlar Liqasında rəqibi müəyyənləşdi

"Sabah" basketbol klubunun Çempionlar Liqasında rəqibi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu təsnifat mərhələsində İsveçin "Norrçepinq Dolfins" klubu ilə qarşılaşacaq.

Matçlar sentyabrın 15-22-də baş tutacaq. Bakı klubu bu mərhələni adlasa, müntəzəm mövsümdə çıxış edəcək.

Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasında oynayacaq "Sabah" təsnifat mərhələsində büdrəsə, mübarizəni Avropa Kubokunda davam etdirəcək.

Seçilən
146
3
sportinfo.az

4Mənbələr