AZ

“Sabah” bu gün yeni legionerini təqdim edəcək

“Sabah” yeni futbolçu ilə müqavilə bağlayıb. Xorvatiyanın “Slaven” klubundan gələn İvan Lepinitsa ilə dünən rəsmi anlaşma imzalanıb.

Futbolinfo.az xəbər verir ki, dayaq yarımmüdafiəçisi ilə razılaşmanın detalları açıqlanmır. Lakin klub bu gün transfer barədə rəsmi açıqlama verməlidir.

24 yaşlı yarımmüdafiəçinin keçidinin bakılılara təxminən 400 min avroya başa gəldiyi deyilir. O, klubdan ayrılan Kristian da Silvanın əvəzinə transfer olunub.

Lepinitsa ötən mövsüm “Slaven”də 28 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib. O, Xorvatiyada “Riyeka” və “Zadar”, Almaniyada isə “Arminiya” klubunda çıxış edib.

Yeri gəlmişkən, Kristian da Silva da ölkəmizdə qalacaq. “Sabah”la müqaviləsi yenilənməyən futbolçunun “Turan Tovuz”a azad agent kimi keçəcəyi deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
futbolinfo.az

1Mənbələr