AZ

Qazaxıstanda terrorizmi təbliğ etməkdə şübhəli bilinən 4 vətəndaş saxlanılıb

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları terroru təbliğ etməkdə şübhəli bilinən 4 respublika vətəndaşını saxlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

“İyunun 26-da Türküstan vilayətində Milli Təhlükəsizlik Komitəsi prokurorluqla razılaşdırmaqla və Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq edərək, ilkin məlumatlara görə, terrorizmi təbliğ etməkdə şübhəli bilinən dörd Qazaxıstan vətəndaşını saxlayıb. Müttəhimlər uzun müddət xaricdə yaşayıblar və çox güman ki, radikal dini ideologiya ilə məşğul olub”, - məlumatda qeyd edilib.

Axtarışlar zamanı dini ədəbiyyat və digər maddi sübutlar götürülüb. Faktla bağlı cinayət işi açılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
ikisahil.az

1Mənbələr